Çinin Honkonq xüsusi inzibati bölgəsində qeydiyyatda olan “Mengniu Dairy” şirkəti Avstraliyanın körpə uşaqlar üçün orqanik yeməklər istehsal edən “Bellamy’s” firmasının aksiyalarının 59 faizini 980 milyon ABŞ dollarına alır.
Avstraliyanın İnvestisiya Nəzarəti Bürosu sövdələşmənin ölkənin iqtisadi maraqlarına qarşı olmadığna dair qərar verib. Bununla yanaşı, şirkətin baş ofisinin ən azı 10 il Avstraliyada qalması, habelə idarə heyəti üzvlərinin əsas hissəsinin Avstraliya vətəndaşları olması şərt kimi irəli sürülüb.