Oral-B Genius X elektrik diş fırçası diş təmizləmə prosesini tənzimləyə və ona nəzarət edə bilir.
İstehsalçının bildirdiyinə görə, fırça təkcə Bluetooth vasitəsilə smartfona qoşulmur, həm də süni zəka texnologiyalarından istifadə edir və bunun sayəsində sizin dişlərinizi nə dərəcədə yaxşı fırçaladığınıza nəzarət edə biləcək. Məsələn, təmizlənməmiş hissədən xəbər verir, dişlərinizə güclü təzyiq göstərdiyinizi və ya əksinə, kifayət qədər təzyiqlə fırçalamadığınızı bildirir. Bunun üçün tam bir datçiklər dəstindən istifadə olunur və onların məlumatları xüsusi proqram təminatı ilə emal olunur.
Bu, şirkətin Bluetooth-a qoşulan ilk Oral-B fırçası deyil. Belə birini şirkət hələ 2014-cü ildə təqdim etmişdi. O, elə proqramlaşdırılmışdı ki, təmizlənməyən sahələri stomatoloqun köməyilə fırçalamaq lazım gəlirdi. Sonralar isə 2016-cı ildə özü sərbəst nəzarət edə bilən yeni model təqdim olunur. Sadəcə onun işləməsi üçün smartfonun kamerası lazım gəlirdi.
Fırçanı yoxlayan brauzerlər onun haqqında müsbət fikirlər bildiriblər.YouTube-da artıq cihazın ilk video nümunələrinə rast gəlmək mümkündür.
Fırçanın qiyməti 220 dollardan çoxdur. Fırça dəstinə batareyalı xüsusi örtük (çexol) də daxildir, onu smartfonu enerji ilə təmin etmək üçün də istifadə etmək olar və bu da səhayət zamanı çox əlverişlidir.