2030-cu ildə internet necə işləyəcək?

Date:

Paylaş:

Ümumi izləmə, abunə kontenti, aşağı sürət, tonlarla reklam və saytların tam milliləşdirilməsi – bunlar 2030-cu ilin internet mənzərəsinin hələ az bir hissəsidir. Belə bir qənaətə, Gizmondo-nun sorğusuna əsasən ekpertlər gəliblər.

Rəqəmsal bərabərsizlik və anonimliyin tam itməsi – ekspertlərin fikrincə, yaxın on ildə interneti gözləyən əsas təhlükədir. Edinburq universitetinin professoru Melissa Terras deyib ki, gələcəkdə güman ki, daha qapalı onlayn-mühit olacaq və istifadəçilər hər hərəkətlərinin nəzarətdə olduğunu biləcəklər.

Terras belə hesab edir ki, İnternet gələcəkdə sadəcə abunə xidmətləri dəstinə çevrilə bilər. Pensilvaniya universitetinin dosenti Sara Jay Jackson da bu rəqəmsal bərabərsizliyi dəstəkləyərək  bildirib ki, 2030-cu ilin internet mənzərəsi daha çox reklamlarla, sürətin zəif olması, məzmun sayının çoxluğu və fərqli istifadəçilərin azlığı ilə müşaiyət olunacaq.

Yazıçı Brain McCullough isə belə hesab edir ki, 2030-cu ildə internet millilik cəhətləri üzrə bölünəcək. Onun sözlərinə görə təkcə çin və qərb internet versiyaları deyil, rus və hind internetləri də olacaq. İri şirkətlər müxtəlif ölkələrə “aid”olan internetdə necə biznes aparmağın seçimini etməli olacaqlar.

İnternet auditoriyası isə maraqlara görə“klanlar” və “tayfalar”a bölünə bilər. İstifadəçilər öz yaxın əhatələri ilə ünsiyyət quracaqlar. Merilend universitetinin professoru və böyük elmi əməkdaşı bildirib ki, avtoritar rejim öz vətəndaşlarını ayıracaq və onları öz milli platformalarına keçirəcək. Onun sözlərinə görə, istifadəçilər dünya mediaplatformasından getməyə və yalnız maraqları üzrə onlara yaxın olan qruplarla qarşılıqlı fəaliyyət qurmağa başlayacaqlar. Anonimlik olmayacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...