Flint Capital Voca.ai startapı üçün 1,5 mln. dollar yatırım edib

Date:

Paylaş:

Rusiyanın Flint Capital fondu İsrailin Voca.ai çağırış-mərkəzi üçün robotların hazırlanmasına 1,5 milyon dollar pul ayırıb.

American Express Ventures investisiya şirkəti raundun lideri olub. Layihəyə Flint Capital-dan başqa İsrailin Lool Ventures-i də sərmayə yatırıb.

Deyilənə görə, Flint Capital startapda minoritar paya malikdir. Dəyəri isə startap açıqlamır.

Voca.ai-nin məlumatında bildirilir ki, səhmlər çağırış mərkəzləri üçün ağıllı agentlərin (səsli köməkçilər) tərtib edilməsini və yeni sahələr üçün texnologiyanın qəbul edilməsini sürətləndirməyə imkan verəcək.

Şirkət məlumat verir ki, Voca köməkçiləri özlərinin cavab, intonasiya, aksent və dil tərkiblərini hər müştəriyə görə uyğunlaşdırırlar. Bugün Voca agentləri hər ay  2 milyondan çox zəngə cavab verirlər.

Qeyd edək ki, Flint Capital və Lool Ventures 2018-ci ildə Voca.ai-yə ümumilikdə 2,6 mln dollar yatırım edib. Bu məbləğdən rus fonduna 500 min dollar düşür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...