Geyim istehsalçısı Forever 21 iflas edib.
Bu barədə Bizplus.az Xarici KİV-ə istinadən xəbər verir.
1984-cü ildə yaradılmış Forever 21 şirkəti ABŞ-da iflasla bağlı iddia qaldırıb. Bu yolla şirkət biznes islahatı keçirmək istəyir. O, tam olaraq arenadan getmək fikrində deyil: məqsədi binzesi əsas da dünya üzrə yerləşən mağazaları olmaqla, gəlir gətirməyən aktivlərdən təmizləməkdir. Belə yenidənqurmadan çıxan mağazalar fəaliyyətlərini davam etdirəcəklər.
Bloomberg şirkətə istinadən bildirir: “Bu o demək deyil ki, biz biznesdən gedirik, əksinə, iflasa uğrama barədə bildiriş gələcəkdə uğurlu inkişaf üçün düşünülmüş və qərarlı bir addmdır.
Agentliyin məlumatına görə, JPMorgan Chase və TPG Sixth Street Partners şirkətinin kreditorları ona, müvafiq olaraq 275 və 75 milyon dollar ödəyiblər. Bu, brendin işini bərpa etmək və müştərilər, təchizatçılar və əməkdaşlar qarşısında öhdəlikləri yerinə yetirmək üçündür.