İlin ən yaxşı smartfonun adı bəlli olub

Date:

Paylaş:

“OnePlus 7T” 2019-cu ilin ən yaxşı smartfonu seçilib.

Reytinq “Business Insider” nəşrində dərc olunub.

Qeyd edilir ki, “OnePlus 7T” gözəl dizayn, əla kamera və yaxşı avtonomluğa malikdir.

İkinci yeri “Apple”in “iPhone 11”i tutur. Bu smartfon 6,1 düymlük ekran, güclü prosessor, eləcə də, səmərəli kamera ilə təchiz olunub.

Üçüncü pillədə “OnePlus”un daha bir modeli olan “7 Pro” qərarlaşıb. Bu smartfon barmaq izi və üztanıma rejiminin olduqca sürətli olması ilə  seçilir.

Nəşr bildirir ki, reytinq qiymətlərin qurğunun funksiyalarına mütənasibliyinin nəzərə alınması ilə tərtib edilib.

Ən yaxşı smartfonların onluğuna, həmçinin, “Google” korporasiyasının iki qurğusu – “Pixel 3a” və “Pixel 3a XL”, eləcə də “OnePlus 6T”, “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy Note 10 Plus”, “Samsung Galaxy S10” və “Galaxy S10 Plus”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” daxil edilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...