“Facebook” tanışlıq üçün yeni xidmət istifadəyə verib

Date:

Paylaş:

“Facebook” tanışlıq üçün yeni xidmət istifadəyə verib.

Bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

Qeyd edilir ki, “Dating” adlanan yeni xidmətdən istifadə ABŞ, bir sıra Latın Amerikası və cənub-şərqi Asiya ölkələrində, 2020-ci ildə isə Avropada ölkələrində mümkün olacaq.

“Facebook Dating”də profili yalnız yaşı 18 və bundan yuxarı olanlar yarada biləcək. Xidmət şəxsin hesabındakı informasiyaya əsaslanaraq tanış olmaq üçün başqalarını tövsiyə edəcək. İstifadəçilər yeni proqramda həmçinin öz statuslarını “Instagram”dan paylaşa biləcəklər.

Qeyd edilir ki, tanışlıq üçün xidmət tezliklə Argentinada, Braziliyada, Kolumbiyada, Meksikada, Sinqapurda, Tailandda və Vyetnamda istifadəyə veriləcək. 2020-ci ildə bu xidmətdən Avropa ölkələrinin sakinləri də istifadə edə biləcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...