Avstraliyalı milyarderlərin top 5-liyinə daxil olan Atlassian-ın yaradıcısı Britaniyanın Juvenescence biotex-startapına sərmayə qoyub. Startap insan ömürünün uzadılmasına çalışır. Bu istiqamətdə araşdırmaları Jeff Bezos və Larry Ellison kimi digər milyarderlər də dəstəkləyir.
Juvenescence bildirib ki, B raundu gedişində 100 milyon dollar cəlb edib. Səhmdarlar sırasında Atlassian İT şirkətinin qurucusu Mike Cannon-Brookes də var. O, özünün Grok Ventures fondu vasitəsilə 10 milyon dollar yatırım edib.
Juvenescence insanların sağlamlığını möhkəmləndirib ömürlərini uzadan müalicə texnologiyalarını inkişaf etdirən şirkətlərin qarşılıqlı əlaqə sistemini yaratmağa çalışır.
Hal-hazırda bu startapa 15 şirkət yatırım edib.
Juvenescence 2016-cı ildə yaradılıb və o vaxtdan bəri səhmdarlardan 165 milyon dollar cəlb edib. Financial Times məlumatlarına görə, startap 500 milyon dollar dəyərləndirilir və gələn il Nyu-Yorkda İPO keçirə bilər.