“Huawei” ilk “5G” smartfonunu təqdim edib

Date:

Paylaş:

Çinin “Huawei” telekommunikasiya şirkəti ilk “5G” smartfonunu təqdim edib.

“Mate 20x” smartfonu Çində “5G” rabitə şəbəkəsinə giriş üçün ilk lisenziya alıb. Smartfonun qiyməti təxminən 900 dollar təşkil edəcək.

Çin korporasiyası beynəlxalq iqtisadi sanksiyalarla təhdid edilir, çünki ABŞ hökuməti belə hesab edir ki, “Huawei” şirkətinin məhsulu casusluq məqsədilə istifadə edilə bilər. Şirkətə ABŞ istehsalçılarından texnologiya və komponentlər satın almaq, həm də Vaşinqtonun icazəsi olmadan ABŞ-da biznes fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

ABŞ, həmçinin başqa ölkələri “5G” texnologiyasını dəstəkləyən avadanlığın yaradılması sahəsində Çin şirkəti ilə əməkdaşlıqdan imtina etməyə səsləyir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...