Bill Geyts ən çox bəyəndiyi kitabın adını açıqlayıb

Date:

Paylaş:

“Microsoft” korporasiyasının həmtəsisçisi və dünyanın ən zəngin insanlarından biri olan Bill Geyts oxuduğu ən son kitablardan hansının daha çox xoşuna gəldiyini açıqlayıb.

CNBC xəbər verir ki, milyarder həftədə bir kitab oxuyur. B.Geytsin bu yay ən çox xoşuna gələn kitab “Eskiz: yaxşı cəmiyyətin təkamül mənbələri” (Blueprint: The Evolutionary Origins of a Good Society) olub.

Kitabın müəllifi sosioloq Nikolas Kristakisdir. O, kitabda bildirir ki, təkamül sayəsində insanlarda möhkəmlənmiş “yaxşı” keyfiyyətlər müasir cəmiyyətin yaranmasına gətirib çıxarıb.

B.Geytsin zənnincə, kitab nikbin əhval-ruhiyyədə yazılıb və asan oxunur. O, Stiven Pinkerin “İnsan təbiətinin xeyirxah mələkləri” (The Better Angels of Our Nature) adlı kitabını da oxumağı tövsiyə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...