Azərbaycanda elektron ticarətin həcmi 2 dəfəyə yaxın artıb

Date:

Paylaş:

Bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 12 milyard manatlıq ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyard manat çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova məlumat verib.

Onun sözlərinə görə, son 1 ildə ölkədə kart sahiblərinin sayı 16,9% artaraq 5,8 milyon nəfərdən 6,7 milyon nəfərə çatıb. Kart əməliyyatlarında nağdsız dövriyyənin payı isə 15,7%-dən 20,1%-ə çatıb. Ölkədə elektron ticarətin həcmi isə 96,7% artaraq 676,7 milyon manatdan 1331,3 milyon manata çatıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...