“Google” ucuz smartfonlar üçün optimallaşdırılmış foto proqram təqdim edib

Date:

Paylaş:

“Google” şirkəti “Android” sistemi ilə işləyən zəif və ucuz qurğular üçün optimallaşdırılmış “Go” proqramlar xəttini genişləndirib. “Google Photo” mobil tətbiqinin qənaətcil alternativi olan “Gallery Go” yaddaşda daha az yer tutur və oflayn rejimdə işləmək üçün funksiyalara malikdir.

“Gallery Go” proqramı “Android” sistemində internetə qeyri-stabil qoşulma zamanı media-kitabxananı sistemləşdirməyə imkan verir. “Google Photo” proqramında olduğu kimi, kompüter təlimi alqoritmləri şəkilləri qruplaşdırmağa və nizamlamağa kömək edir. Həmçinin proqram bir düyməyə sıxmaqla şəklin keyfiyyətini yaxşılaşdıra və filtrlər tətbiq edə bilir. Proqramın tutumu 10 meqabaytdır.
Yeni proqramı “Google Play” mağazasından yükləmək mümkündür. “Android 8.1 Oreo” və sonrakı versiyalarla işləyən qurğulara quraşdırma mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...