“Mən biznes yaratmaq üçün deyil, hobbi olaraq bu işə başladım”-“Saatstore”in yaradıcısı Hüseyn Hümbətov

Date:

Paylaş:

Bugünkü gənc müsahibimiz tələbəllik illərində öz biznesini quran və “Saatstore” brendini yaradan Hüseyn Hümbətovdur.

  • Özünüz haqqınızda məlumat verərdiniz. Hansı təcrübəniz və təhsiliniz olub?

Hümbətov Hüseyn, ilk işimə 4-cü sinifin yay tətilində başlamışam. İlk maaşım 5 manat olub. Hətta, həmin gün o 5 manatı xırdalamayıb, tam aparmaq üçün evə piyada getmişəm. İlk işim avtoyumada maşın yumaq olub, hətta deyim ki, ancaq qapı arası silib, təkər qaraldırdım. Mənim artıq 12-13 yaşım olanda məqsədim digər maşın yuyanlar kimi daha peşəkar olub, daha çox maaş almaq idi. 13 yaşımda mən artıq peşəkar yuyucu idim. Xüsusi müştərilərim var idi. Adi bir maşını da elə yuyurdum ki, elə bil bahalı cip yuyuram ki, kənardakılar da görsünlər və maşınlarını mənə gətirsinlər. Əvvəllər yadıma gəlir ki, bazara su satmağa gedən qardaşıma maşın yoluna qədər su daşımağa kömək edirdim. Daha sonralar isə avtoyuyucuda və “Dərnəgül fəhlə bazar”ında çalışmışam. Qar, yağış, qış demədən, ən çoxda bayramlarda işləyirdim. 10-cu sinifdə universitetə hazırlaşmağa başladım. İmtahan da elə yaxşı keçmədi, çünki imtahanın 1 saatını yuxuya getmişdim, 2 saata da 376 bal toplaya bilmişdim, nəticədə insanların ümidini qırmışdım.

Hüseyn Hümbətov
Hüseyn Hümbətov
  • Biznesə necə gəlmisiniz?

İmtahandan sonra “Dərnəgülün fəhlə bazar”ında çalışırdım. Günün isti vaxtında tər içində işləyirdim, birdən telefona mesaj gəldi ki, ödənişli əsaslarla universitetə qəbul olmusuz və illiyi 2000 manatdır. Gəlirimi artırmaq barədə düşünürdüm, ancaq bir yolu tapılmırdı. Bəzən gecələr gəlirimi artırmaq üçün daş karxanasında da fəhləlik edirdim. Bir gün qol saatım qırılmışdı, qol düzəltdirmək üçün şəhərdə nə qədər qol saatı dükanı var, hamısını gəzdim. 2 günün sonunda fikirləşdim ki, mən 2 gündür gəzirəm, amma boş-boşuna gəzirmişəm. Sonra düşündüm ki, 2 gün boşa gedə bilməz, bundan bir nəticə əldə etməliyəm.

Axşam evə gələndə düşündüm ki, artıq hər yeri tanıyıram, saatları da çox xoşlayıram və ucuz saatların da yerini bilirəm, bu sahədə biznesə başlayım. İlk dəfə 6 manata 3 ədəd 2 manatlıq saat aldım və 2 manat üstündə pul qazandım. Daha sonra isə gəlirim 1 həftəyə artaraq 83 manat oldu. Beləcə balaca vitrindən 3 böyük mağazaya qədər böyüdük. Bu o demək deyil ki, mən 2 manatlıq saatı 30 manata satmışam, bu o deməkdir ki, mən müntəzəm alıb, sataraq həcmi böyütmüşəm. Mənim fəhlə yoldaşlarım da keçdiyim yolların şahidi olublar.

Hüseyn Hümbətov
Hüseyn Hümbətov
  • Necə olduki saat biznesinə başlamaq fikrinə düşdünüz? Bizdə olan məlumata görə əvvəllər digər işlərlə məşğul olmusunuz.

Daha əvvəllər bir çox şirkətlərdə saat işi ilə paralel çalışmışam və çoxlu təcrübə toplayıb, insanlar tanımışam. Bütün bu təcrübələrim mənə III kursda artıq online satışdan mağazaya keçid etməyimə kömək etdi.

  • Bu bazarda kifayət qədər rəqabət vardır. İşə başlamamışdan öncə hər hansı bir araşdırma aparmışdınızmı?
Hüseyn Hümbətov
Hüseyn Hümbətov

Bir çox insanların problemi işə başlamaqdır. Mən biznes yaratmaq üçün deyil, hobbi olaraq bu işə başladım. Həmin vaxt çox ciddiyə almasam da, daha sonra ciddi araşdırmalar apardıq və bazardakı rəqiblərimizdən çox sürətlə uzaqlaşdıq. Artıq daha böyük rəqiblər qazanmışıq.

  • Bu işin özəllikləri, çətinlikləri barədə danışardınız.

Hər işdə çətinlik var, ən əsas siz heç vaxt geriyə addım atmamağınızdır. Nə olur-olsun geriyə addım atmaq olmaz, çünki bu sizi ruhdan salacaq. İradəli ve dözümlü olmalısınız.

  • İlkin investisiyanız nə qədər olub saat dükanlarına və hansı müddətə onu çıxara bilmisiniz?
Hüseyn Hümbətov
Hüseyn Hümbətov

İşə 6 manatla başladığımı bilirsiniz. II kursda
saatları sata-sata cəmi 2000 manat pul yığmışdım. Elə yığdığım bu pulla da mağaza açmağa qərar verdim. 800 manat vitrinlərə, 1200 manat isə saatlara vermişdim. Vitrin yığan mebel ustası düz məni 25 gün aldadaraq, gecikdirdi. Bütün həvəsimi öldürmüşdü, icarəyə götürdüyüm yeri də başqasına vermək istəyirdilər.

  • Hər insanın özünün bir uğur sirri olur, bəs sizin fikrinizcə, uğurlu olmaq üçün nə lazımdır?

Uğurlu olmaq üçün düzgün zamanlama, texnika ve doğru hədəfləməyi bacarmalısınız. Bir işi hansı zamanda, hansı vasitələrlə bacarıb, nə əldə edəcəyinizi dəqiq planlamalısınız. Əslində 7-ci sinifdə də fizikada dünyanın qanunu öyrədilir insanlara ki, enerji itmir, bir haldan başqa hala keçir. Sizin çəkdiyiniz əziyyət heç vaxt itə bilməz. Mən dərs də oxumuşam, universitetdə ballarım həmişə 10 olub, işləmişəm də, aktiv gənc də olmuşam, iş də qurmuşam. Hamısını da çatdırmışam. Başqa bir insan da mənim qədər əziyyət çəksə, mütləq qarşılığını görəcək.

Hüseyn Hümbətov
Hüseyn Hümbətov
  • Biznesə başlayan gənclərə nə məsləhət verərdiniz.

Iradəli olsunlar, nə iş olur-olsun sona qədər görməyi bacarsınlar. Kitab və ya kurs fərq etməz, heçnəyi yarıda qoymasınlar. Başladığı yoldan geriyə dönməyənlər, bir yolunu tapıb, orada qalıb, müharibəyə davam edən insanlar sonunda qalib gələnlərdi. Ancaq qorxaqlar döyüş meydanını qoyub qaçar, cəsurlar hər zaman oradadır.

  • Gələcək planlarınız barədə məlumat verə bilərsiniz

Artıq yeni saat brendi üzərindəki işlərimiz yekunlaşır. Dekabr ayında təqdimat keçirəcəyik. Bundan əlavə bir neçə fərqli biznes sahələri ilə məşğuluq, yenilərini yaradırıq. Düşünürəm ki, bu “SS” holdingin təməlidir.

Hüseyn Hümbətov
Hüseyn Hümbətov

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...