Tramp ABŞ şirkətlərinə öz avadanlıqlarını Huawei-ə satmağa icazə verəcək

Date:

Paylaş:

ABŞ Prezidenti Tramp Huawei ilə bağlı qərarını Osakada G20 zirvəsində Çin prezidenti Xi Jinping ilə apardığı danışıqlardan sonra mətbuat konfransında açıqlayıb.

Tramp bilfdirib ki, ABŞ şirkətləri Huawei-yə öz avadanlıqlarını sata bilər: “Biz milli təhlükəsizliklə bağlı ciddi problemi olmayan avadanlığı nəzərdə tuturuq”.

Osakada G20 sammitində iki ölkənin lideri ikitərəfli ticari danışıqları bərpa etmək qərarına qəliblər.

Bundan əvvəl Donald Tramp, Vaşinqtonun Çinə qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyini söyləmişdi. Lakin G20 zirvəsi çərçivəsində Xi Jinping ilə görüşündən sonra Donald Tramp ABŞ-ın Çin mallarına 300 milyard dollarlıq verginin tətbiq edilməyəcəyini deyib.
Huawei şirkəti son aylarda ABŞ və Çin arasında ticarət müharibəsinin mərkəzinə keçib.

Rəsmi Vaşinqtonun fikrincə, Huawei texnologiyası Çinin kəşfiyyat xidmətləri tərəfindən istifadə edilə bilər.
Huawei bu iddiaları rədd edirək və Çin hakimiyyəti ilə əlaqəsinin olmadığını bildirir.

May ayının ortalarında ABŞ Huawei şirkətini qara siyahıya saldı, bu isə o demək idi ki, ABŞ şirkətləri Huawei ilə lisenziyasız əməkdaşlıq edə bilməz və Huawei ABŞ istehsalçılarından texnologiya və ehtiyat hissələri ala bilməz.

ABŞ-dan sonra digər Qərb ölkələri də 5G nəsilli mobil şəbəkələrində Huawei şirkətinin iştirak edəcəyindən narahatlıq bildiriblər.
Huawei ilə əməkdaşlığını məhdudlaşdırdığını açıq şəkildə bildirən ilk Qərb şirkəti Google olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...