Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən “Platov” hava limanından Bakıya birbaşa uçuşlara başlanılır.
Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.
Uçuşlar həftədə bir dəfə – şənbə günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
Təyyarə “Platov”dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də “Platov”da yerə enəcək.
Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır.