Şirkət Pixelbook noutbuklarını buraxacaq.
“Google” bildirib ki, öz planşetlərinin işlənməsini və istehsalını dayandırır. Bu barədə, şirkətə istinadən “Computer World” yazıb.
“Google” daha iki planşetin işlənib hazırlanmasını dayandırıb və 2018-ci ildə təqdim edilmiş Pixel Slate qəbuledicisini də buraxmayacaq. Lakin şirkət Slate üçün proqram təminatı yenilənməsini 2024-cü ilin iyununa kimi buraxacağına söz verib.
The Verge qeyd edir ki, “Google”-un üzərində işlədiyi iki planşet Pixel Slate-dən kiçik olub və 2019-cu ildən sonra təqdim olunmalı imiş. Lakin uğursuz sınaqdan sonra şirkət hər iki cihazdan imtina edib.
Planşetləri hazırlayan əməkdaşların bir hissəsi noutbukların hazırlanması ilə məşğul olan bölməyə keçiriləcək, yarısı da digər layihələrə yönəldiləcək. Bu barədə nəşr xəbər verib.