“Facebook” “Libra” kriptovalyutasını təqdim edib. O “WhatsApp” və “Messenger”-ə qoşulacaq

Date:

Paylaş:

“Facebook”  kriptovalyutasının 2020-ci ilin birinci yarısında buraxılcağını rəsmən elan edib. Paralel olaraq, sosial şəbəkə “Calibra” rəqəmsal pul kisəsini də təqdim edib və bunun köməyi ilə rəqəmsal valyuta ilə ödəmə aparmaq mümkün olacaq.

Layihənin saytında istifadəçilər elektron poçt ünvanını qeyd edə bilərlər və bu, sonradan,  pul kisəsinin sınaqdan keçirilməsinə öncədən giriş etmək üçündür. “Calibra” “Facebook”-un müxtəlif məhsullarına , o cümlədən “WhatsApp” və “Messenger”-ə inteqrasiya olunacaq. Qurucuların sözlərinə görə, “Libra”nın köməyi ilə Instagramda alış-veriş ödənişi etmək mümükün olacaq.

https://youtu.be/4zw-jpVFKMY

“Calibra”nın rəhbərlərindən biri olan Kevin Weil bildirib ki,  layihənin təchizatçıları istifadəçi vasitələrinin təhlükədən qorumaq, həm də fəaliyyətdə olan sistemlərdəkindən daha az komissiya ilə bütün dünya üzrə ödəmə həyata keçirməyə nail olmaq istəyirlər. Ümumiyyətlə “Facebook”  istifadəçilər üçün komissiyanı ləğv etmək, vasitəçi-şirkətlər üçün isə onu “çox kiçik” ölçüdə təşkil etməyi planlaşdırır. Əsas diqqəti, qurucular ödəniş xidmətlərinə və mobil banklara girişi olmayan insanlara yönəldirlər.

Belə hesab olunur ki, kriptovalyutanı pul kisəsi tətbiqi vasitəsilə, ya da layihə tərəfdarlarının xüsusi terminallarında əldə etmək mümkün olacaq. Bundan əlavə, onu arasında bank depozitlərinin və dövlətin qiymətli kağızlarının olduğu real aktivlərə aid edəcəklər. Beləcə,səhmdarlar “Libra”nı real valyutaya çevirə biləcəklər.

Hal-hazırda 27 təşkilat “Libra” idarəçiliyində iştirak edir. Buraxılışına qədər onların sayının yüzə çatacağı gözlənilir. Cenevrədə yerləşən idarəedici konsorsiuma  artıq  “MasterCard”, “Visa”, “Spotify”, “PayPal”, “eBay”, “Uber”, “Vodafone” daxildirlər, həmçinin bir neçə blokçeyn-şirkətləri də bura aid etmək olar. Onların hər biri layihəyə 10 milyon dollar yatırım edəcək.

“Libra”  “qeyri-sabit dövlət valyutası olan inkişaf ölkələri üçün” düşünülüb. Uğurlu start götürdüyü halda , kriptovalyuta 2,3 milyard “Facebook” istifadəçisi sayəsində dünyada ən böyüyü ola bilər. O bir neçə ölkədə buraxıla bilər, amma Rusiya bu sırada istisnadır. Rəqəmsal kriptovalyuta və pul kisəsinin işlənib hazırlanması öz ilkin mərhələsini yaşayır. “Libra”nın sınaqdan keçirilməsi isə 2019-cuilin sonuna qədər başlamalıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...