Natalia Baqrova: “Rusiyanın Yaroslavl vilayətinin iş adamları üçün Azərbaycan bazarı maraq kəsb edir”

Date:

Paylaş:

Rusiya Federasiyasının Yaroslavl vilayətinin kiçik və orta müəssisələri Azərbaycan şirkətlərilə birbaşa əlaqələr yaratmaqda maraqlıdır.

Bu barədə  Yaroslavl Vilayəti İxrac Mərkəzinin baş direktoru Natalia Baqrova bildirib.

“Azərbaycan bazarı Rusiya ixracatçıları üçün maraq kəsb edir. Üstəlik, iki ölkə arasında imtiyazlı gömrük rejimi qüvvədədir. Yaroslavl vilayətinin 3-6 iyun tarixləri Azərbaycana ezam edilmiş ilk işgüzar missiyası da bizim məhsullarımıza marağın olduğunu göstərib. Artıq mal tədarükünə dair müəyyən razılaşmalar əldə edilib, həmin missiyada yer almayan bir sıra istehsalçılar da azərbaycanlı tərəfdaşlarla görüşmək niyyətindədir”, – deyən rusiyalı məmur elə bu həftə yanacaq aşqarları istehsal edən TOTEK şirkətinin, həmçinin uşaq bağçaları üçün oyuncaqlar istehsal edən “Vavata” şirkətinin də Bakıya səfər edəcəyini diqqətə çatdırıb.

Bu ayın əvvəllərində Yaroslavl vilayətinin işgüzar missiyasının Azərbaycana səfəri zamanı kağız və yumşaq paketlər istehsalçısı olan “RosYarpak” MMC iki Azərbaycan şirkətilə kraft kağız paketlərinin tədarükü barədə razılıq əldə etmişdi. Şirkətin kommersiya direktoru Liubov Labayeva“Report”a bildirib ki, artıq iki ildən artıqdır əməkdaşlıq etdikləri “Avrora” şirkəti üçün un və düyü üçün 1 milyondan artıq, “Delta Group” üçün də yarım milyon un üçün kağız paketi tədarük olunacaq.

Həmçinin kənd texnikası üçün hissələr istehsal edən “Astronaqro” şirkəti də azərbaycanlı tərəfdaşlara öz işgüzar təkliflərini təqdim edəcək.

Yaroslavl Vilayəti İxracat Mərkəzinin rəhbəri azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı daha da genişləndirmək məqsədilə orta və kiçik sahibkarlardan ibarət bu kimi işgüzar missiyaların gələcəkdə də təşkil olunacağını qeyd edib.

“Azərbaycan Milli Sahibkarlar Konfederasiyasında keçirilən görüş zamanı başqa istehsalçıların da Azərbaycana gəlmək arzusunda olduğu diqqətə çatdırılmışdı. İşgüzar heyətlərə iri şirkətlərin cəlb olunması isə artıq hökumət səviyyəsində mümkün olacaq, – deyən N.Baqrova Yaroslavl vilayətilə Azərbaycan arasında ticarət dövriyyəsinin xeyli artmasının da buna əlverişli zəmin yaratdığını bildirib.

“2018-ci ildə Rusiyanın Azərbaycana ixracatı 12,5 faiz olduğu halda, Yaroslavl vilayəti üzrə bu artım 71 faiz olaraq 13 milyon dollar təşkil edib. Region müəssisələri Azərbaycana qara metal məmulatı, yanacaq, mexanika avadanlığı, şüşə və şüşə məmulatı, kağız, kardon, ağac və taxta məmulatı, əczaçılıq məmulatı, kauçuk və rezin məmulatı, lak-boya, dəftərxana malları ixrac edir. Azərbaycandan isə neft, ərzaq, meyvə-tərəvəz və s. tədarük olunur”, – mərkəz rəhbəri qeyd edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...