Robotlar hansı sektorları ələ keçirib?

Date:

Paylaş:

Robot dedikdə adətən ağlımıza gələn insan görünüşünə malik metal qurğular olsa da, müasir dövrdə robot texnologiyalarından demək olar ki, hər sahədə istifadə olunur. Müxtəlif şirkətlər həyatın müxtəlif sahələrini asanlaşdırmaq və müxtəlif işlərin öhdəsindən gəlmək üçün bir çox funksiyaya malik təkmil robotların istehsalı ilə məşğuldurlar. Yaradılan hər bir robotun əsas funksiyası insan əməyini əvəzləmək, daha təhlükəsiz və dayanıqlı mühit yaratmaqdır.

Gəlin bir neçə nümunədə robot texnologiyalarının tətbiq olunduğu sahələrlə tanış olaq:

Xidmət Sektoru:

Tokioda iflicdən əziyyət çəkən insanların sosial həyatdan kənarda qalmaması üçün robotların köməyindən istifadə olunan Dawn Ver adlı kafe açılıb. Belə ki, kafedə hər cür şərait var, lakin işçilər yoxdur. Onları robotlar əvəz edir. Robotların hərəkətini və xidmətini isə iflicdən əziyyət çəkən kafe əməkdaşları sensorla evlərindən və ya qaldıqları xəstəxanalardan idarə edirlər.

Tibb Sektoru:

Tibb sektorunda robot texnologiyasından ilk dəfə 1994-cü ildə istifadə olunub. Yüksək həssaslıq tələb edən açıq əməliyyatlarda istifadə olunan robotlardan biri Da Vinçi adlı robot texnologiyasıdır. Da Vinçi sayəsində gözlə görülə bilinməyən nahiyələr böyüdülür və 3D sistemi ilə əməliyyat ediləcək bölgənin yüksək keyfiyyətli görüntüsü əldə olunur və həkimlər əməliyyata başlayır. Hazırda dünyada Da Vinci robotlarının köməyi ilə 6 milyondan çox əməliyyat həyata keçirilib.

İstehsalat Sektoru:

İstehslat sektorunda da çox funksiyalı robot texnologiyalarından istifadə edilir. Robot texnologiyaları istehsalatın təhlükəsiz, dəqiq və daha səmərəli formada davam etməsinə kömək edir. Son dövrlərdə robot texnologiyasından yararlanan müəssisələrdən biri də HELL ENERGY-dir. Zavod 31 min pallet tutumlu robot texnologiyasına əsaslanan tamamilə avtomatlaşdırılmış və daxili, süni işıqlandırma olmadan fəaliyyət göstərə bilən anbarını işə salıb. Bunun sayəsində məhsulların anbara yığılması, çeşidlənməsi və satış üçün nəqliyyat vasitələrinə yüklənməsi avtomatlaşdırılmış formada həyata keçirilir.

Təhsil Sektoru:

Hər şeydən əvvəl onu qeyd edək ki, robot texnologiyaları hazırda bir çox ölkədə fənn kimi tədris olunur. Bəzi hallarda isə robot texnologiyaları müəllimi də əvəz edir. Kaliforniyada yerləşən bağçaların birində müəllimlərin köməkçiləri robotlardır. RUBI and QRIO adlı robotlar 10-24 aylıq uşaqlara hərfləri söyləməyi və mahnı oxumağı öyrədir. Bundan əlavə robotlar üzərilərində quraşdırılmış monitor sayəsində uşaqlarla rəngləri və fərqləri öyrədən interaktiv oyunlar keçirirlər.

Hərbi Sektor:

Hərb sahəsində olan insanlar tez-tez təhlükələrlə rastlaşmalı olur, müharibələrin iştirakçısına çevrilirlər. İnsan həyatını qorumaq üçün hərbidə təhlükəli tapşırıqlara artıq robotlar göndərilir və ya robot texnologiyaları ilə düşmən tərəfin sirrləri və hədəfləri öyrənilir. Bunlardan biri Prox Dynamics tərəfindən istehsal olunan Black Hornet adlı kiçik pilotsuz hava aparatıdır. Belə ki, bu uçan aparat uzaqdan idarə oluna bilir və cəbhə xəttindən əsgərləri xilas etməyə və ya düşmən cəbhəsində müşahidə və kəşfiyyata kömək edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...