Samsung şirkəti 5G dəstəkli Galaxy Watch modeli üzərində çalışır

Date:

Paylaş:

Yeni Galaxy Note 10 flaqman smartfon seriyasından əlavə olaraq Samsung şirkəti hal hazırda tamamilə yeni Galaxy Watch smart saatları üzərində çalışır. Bu barədə Sammobile saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş məlumata əsasən yeni Galaxy Watch smart saatı iki versiyada satışa çıxacaq. Onlar SM-R820/SM-R830 (Wi-Fi və Bluetooth) və SM-R825/SM-R835 (LTE) model nömrələrinə sahibdirlər.

Məlumata əsasən bu modellərdən əlavə olaraq şirkət həmçinin 5G şəbəkə dəstəkli xüsusi Galaxy Watch modeli üzərində də çalışır və o, ABŞ bazarı üçün nəzərdə tutulacaq. Əvvəlki modellər kimi yeni Galaxy Watch da 4 GB daxili yaddaş həcminə və həmin iki ölçüyə (42 mm və 46 mm) sahib olacaq. Güman olunur ki, yeni Galaxy Watch modeli Galaxy Note 10 smartfonu ilə birlikdə təqdim olunacaq. Galaxy Note 10-nun təqdimatının avqust ayında baş tutacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...