Ren Zhengfei “iPhone” istehsalçısını öz müəllimi adlandırıb.
“Huawei”-in qurucusu və baş direktoru Ren Zhengfei əmindir ki, Çin ölkədə “Apple” istehsalını dayandırmayacaq. Yox əgər bu olmuş olsa belə, o, buna qarşı çıxacaq ilk şəxs olacaq, deyə, Zhengfei Bloomberg Television-a müsahibəsində bildirib.
Top-menecer “Apple”-ı öz müəllimi adlandırıb. “Bir tələbə olaraq mən müəllimimə qarçı çıxa bilərəmmi? Heç vaxt”- deyə o qeyd edib.
Zhengfei-nin sözlərinə görə, ABŞ-da biznesə qadağa “Huawei”-in inkişafını müvəqqəti dondura bilər.Lakin o əmindir ki, şirkət smartfonlar və 5G bazarında üstünlüyü qoruma yollarını tapacaq.
“Bu, bizim təmirçilərimizin təyyarəni nə qədər tez düzəldə bləcəklərindən asılıdır.Onların hansı – metal, parça ya kağız materiallarından istifadə etməsindən asılı olmayaraq, məqsəd təyyarəni səmada saxlamaqdır”.
Ren Zhengfei, “Huawei”-in, ABŞ-ın sanksiyasından sonra şirkətin perspektivləri üzrə qurucusu
2019-cu ilin 16 mayında ABŞ-da “Huawei”-i qara siyahıya saldılar.Şirkətə ABŞ hökumətinin razılığı olmadan amerikan şirkətlərinin avadanlıqlarını və proqram təminatını almağa qadağa qoydular. “Google”, “Intel”, “Qualcomm” və başqaları müvəqqəti olaraq “Huawei” ilə əməkdaşlıq etməkdən imtina ediblər. Şirkəti həm də SD Association-dan da çıxarıblar, belə ki,şirkət gələcək smartfonlarda microSD kartlarından istifadə edə bilməyəcək.
2019-cu ilin 21 mayında ABŞ hökuməti “Huawei”-ə və onun törəmələrinə ölkədə fəaliyyət üçün müvəqqəti icazə verib. Bu 2019-cu ilin 19 avqustuna qədər qüvvədə olacaq. 2019-cu ilin 23 mayında “Huawei” bildirib ki, 2019-cu ildə öz cihazlarında “Android” və “Windows”-u şəxsi əməliyyat sistemi ilə əvəz etməyə hazırdır.