Kiçik dövlət müəssisələrinin hərraclarda satışı həyata keçirilir

Date:

Paylaş:

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlaklarının özəlləşdirilməsi üzrə göstərdiyi xidmətlərdən biri də “Kiçik dövlət müəssisələrinin hərraclarda satışı” adlanır. Bu xidmətin vasitəsilə kiçik müəssisələrin nizamnamə kapitalında 85% pay almaq olar.

Hərracda iştirak etmək çətin deyil, ən azı 30 gün qalmış özəlləşdirmə haqqında məlumat Komitənin rəsmi saytı (emdk.gov.az), Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qәzetindә dərc edilir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri üzrə iştirak üçün müraciət və sifariş həm xidmət yerinə gəlməklə, həm də elektron formada həyata keçirilir. Hüquqi və fiziki şəxslər seçdikləri dövlət əmlakı üzrə sifarişçi statusu almaq üçün hәrracın başlanmasına ən geci üç bank günü qalanadək özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behi ödəməli və zəruri sənədləri təqdim etməlidir.

Kiçik müəssisələrin hərracına qatılmaq üçün müəssisənin elan edilmiş ilkin qiymətinin 10 faizi həcmində beh də ödənilməlidir. Xidmətə elektron formada müraciət etmək istəyən fiziki və ya hüquqi şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 29-cu xidmətə daxil ola bilər. Qeyd edək ki, hərraclarda iştirak üçün sifarişlər Əmlak Xidmətləri Məkanı və Hərracların Təşkili üzrə Auksion Mərkəzində də qəbul edilir.

Qeydiyyatdan keçmiş şəxslər hərraclarda həm məkana gəlməklə, həm də elektron formada iştirak edərək əmlak sahibi ola bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...