“Lacoste” ətraf mühiti qorumaq üçün çalışan “International Union for Conservation of Nature” (IUCN) ilə əməkdaşlığını davam etdirir.
Builki kampaniya mayın 22-də reallaşdırılıb. Belə ki, ötən ildən bəri başladılan kampaniya çərçivəsində əsas məqsəd yox olma təhlükəsi olan heyvanlar barəsində cəmiyyəti məlumatlandırmaq və onları qorumaqdır.
“Lacoste” ikonik timsal loqosunun yerinə, yox olma təhlükəsi altında olan 10 heyvanı köynəklərin üzərinə əlavə edib. Layihənin 3 il davam etməsi planlaşdırılır. Beləliklə, növbəti ildə layihə davam edəcək.
Novak Djokovic, Roma şəhərində təşkil edilən ATP Masters 1000 turnirində, 16 mayda oynadığı maçtda hazırlanan köynəklərdən birini geyinib. Bununla satışlar öncəsində timsah loqosunun dəyişəcəyini xəbər edib.
Lacoste, BETC-Paris agentliyi ilə birgə ərsəyə gətirdiyi layihə sadəcə 22 may günü üçün hazırlanıb. Əldə edilən bütün gəlir isə IUCN-ə bağışlanıb.
“Lacoste” ümumilikdə 3520 köynək hazırlayıb
Hazırlanan məhsulalr 24 saat ərzində seçilən 10 mağazada satılıb. Hər mağaza üzərində bir heyvan növünün əks olunduğu köynəkləri satıb. Paris, London, Los-Anceles, Nyu York City, Seul mazağalarında 3520 köynəyin satışı reallaşdırılıb. Bu say isə nəsli tükənməkdə olan 10 heyvanın ümumi sayına bərabərdir.