Eyni anda 8 nəfərlə danışmağa imkan verən “Google Duo”da qrup videozəngləri aktiv olub

Date:

Paylaş:

“Android” əməliyyat sisteminə öncədən quraşdırılan “Google Duo” videoçatında qrup videozəngləri funksiyası əlçatan olub. Dialoqda eyni anda ən çoxu 8 nəfər iştirak edə bilər.

Qrup videozəngləri, uzun müddət olar ki, “Skype”da reallaşdırılıb: eyni anda 50-dək istifadəçi ünsiyyət saxlaya bilər. “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda başlanğıc ayar kimi quraşdırılan “Apple FaceTime”də ötən ilin oktyabrından başlayaraq limit 2-dən 32-dək artırılıb. “Facebook Messenger”də məhdudiyyət 50-dək təşkil edir. “WhatsApp” messencerində ən çox 4 istifadəçi eyni anda ünsiyyət saxlaya bilər.

Qrup videozəngləri funksiyası hələ ki yalnız mobil qurğularda əlçatandır. Bu il istifadəyə verilmiş “Duo” veb kliyentində sözügedən imkan həli ki yoxdur.

Bundan başqa, “Duo”nun yeni versiyasında “Wi-Fi” mobil şəbəkələrində məlumatların ötürülməsini məhdudlaşdırmağa imkan verən rejim əlçatan olub. Lakin şirkətdən bildirilib ki, Hindistan, İndoneziya və Braziliya daxil olmaqla yalnız “bəzi” regionların sakinləri həmin rejimi aktivləşdirə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...