“Huawei” şirkətinə“SD” kartlarından istehsal etmək qadağan olunub

Date:

Paylaş:

“Secure Digital Memory Card” (SD) məhsulları üçün standartlara nəzarəti həyata keçirən “The SD Association” Assosiasiyası Çinin “Huawei” şirkətini öz sıralarından xaric edib. Assosiasiyanın qərarına görə, şirkət “SD” tipli yaddaş kartlarını dəstəkləyən qurğuları istehsal etmək hüququndan məhrum edilib.

Assosiasiya nümayəndələrinin sözlərinə görə, təşkilat sıralarından xaric edilməyə səbəb kimi ABŞ-ın Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qeyd olunur. “9to5Google” nəşrinin məlumatına görə, bu, “Huawei” üçün böyük zərbə ola bilər.

Öz növbəsində “Huawei” şirkətinin nümayəndələri qeyd edib ki, yeni qadağa artıq buraxılmış smartfonlara şamil edilməyəcək. Bununla yanaşı, şirkət tədricən qurğularda “SD” kartlarından istifadədən yayınaraq bunun əvəzinə “nano-SIM” ilə müqayisə edilən “NanoMemory” formatına keçməyi planlaşdırır.

Bir müddət əvvəl Çin Dövlət Əqli Mülkiyyət İşləri İdarəsi “Huawei Hongmeng” əmtəə nişanını qeydiyyata alıb. Məhsulun adı əməliyyat sistemləri üçün də istifadə olunacaq ki, bu da Çin istehsalçısının əməliyyat sisteminin adı ilə bağlı yayılan məlumatları təsdiq edir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...