Çin aviaşirkətləri “Boeing”dən təzminat tələb edir

Date:

Paylaş:

“Air China” və “China Southern” aviaşirkətləri “737 MAX” modelindən olan təyyarələrə görə “Boeing” şirkətindən təzminat tələb edir.

Bu barədə Çinin mərkəzi telekanalı hava yolları şirkətlərinin rəsmilərinə istinadən məlumat yayıb.

Bundan əvvəl analoji tələbi “China Easter” şirkəti irəli sürmüşdü.

“Air China” rəsmən “Boeing” şirkətindən “737 MAX” təyyarələrinin uzun müddət istifadəsiz qalması və əvvəl alınmış laynerlərin təhvil-təsliminin təxirə salınması ilə əlaqədar dəyən ziyana görə təzminat tələb edir”, – deyə telekanalın məlumatında qeyd olunur.

Məlumata əsasən, Çin şirkətlərinin aviaparklarından “737 MAX” modelindən olan 96 təyyarə var.

Xatırladaq ki, Efiopiya hava yolları şirkətinə məxsus “Boeing 737 MAX 8” sərnişin təyyarəsinin mart ayında qəzaya uğramasından sonra (157 nəfər həyatını itirmişdi – red.), 20-dən çox ölkə bu modeldən olan təyyarənin öz hava məkanından uçmasına qadağa qoyub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...