İsveçrənin qida şirkəti “Nestle”, dəri sağlamlığı hissəsini təxminən 10,2 milyard dollara satmaq üçün Abu Dabi Sərmayə Şurası və “EQT Partners”in yaratdığı konsorsiyum ilə danışıqlara başladığını açıqlayıb.
Açıqlamada satışın tamamlanmasının bu ilin ikinci yarısında gözlənildiyi qeyd edilib.
“Nestle”nin dəri sağlamlığı hissəsində, 40-dan çox ölkədə 5 mindən çox adam işləyir.