Azərbaycana mobil telefon idxalı artıb

Date:

Paylaş:

Bu ilin mart ayında Azərbaycana 91 436 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Fevral ayı ilə müqayisədə idxalın artımı martda 15,5% təşkil edib. İdxal olunan məhsulların dəyəri mart ayı üzrə 11 376,7 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisi ilə müqayisədə təxminən 14% çoxdur.

“Bu ilin yanvar-mart aylarında isə ölkəyə 241 311 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 38,3% təşkil edib. İdxal olunan məhsulların dəyəri 29477,6 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisini 72,3% üstələyir”, – deyə Komitədən bildirilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...