Amerikanı “Sandisk” şirkəti dünyada ilk dəfə olaraq 1 TB həcmində mikroSD formatlı kart satışına başlayıb. O, 450 dollardır – bu, 512 GB-lıq versiyanın qiymətində iki dəfədən də çoxdur.
“Sandisk” yeni kartları özünün “Amazon” saytında Rusiyaya çatdırılma olmadan satacaq. Rus bazarına çıxarılma planından isə şirkət heç bir məlumat verməyib.
“Micron” şirkəti də özünün 1 TB-lıq kartını buraxmağa hazırlaşır. “Samsung” və “Kingston” kimi digər iri istehsalçılar isə hələ ki belə məhsullar istehsal etmirlər.