Yeni “Honor 20”-də əsas kameranın 4 modulu olacaq

Date:

Paylaş:

Subbrend “Huawei Honor” mayın 21-də Londonda “Honor 20” seriyasında smartfonların buraxılışına hazırlaşır, təqdimatdan qabaq isə gələcək telefonların  özəlliklərini açıqlayıb.

GizmoChina-nın yazdığına görə, şirkət “Weibo”-da “Fantastik gözəllik, dörd şəkil” yazısı ilə şəkil yerləşdirib.

Bu təsdiqləyir ki,”Honor 20” həqiqətən də, arxa paneldə dörd modullu kamera sistemli olacaq.

Əvvəllər Şəbəkədə əsas kameranın konfiqurasiyası ilə bağlı məlumat yayılıb, onda 48, 12, 16 və 2 meqapiksel sensorlar var, bununla belə, ekrana yerləşdirilmiş frontal kamera 32 meqapikseldir.

“Honor”-un prezidenti Zhao Ming gecə çəkimi ilə bağlı fikirlərini də “Weibo” ilə bölüşüb, belə ki, bu çəkilişlər “Honor 20” və ya “Honor 20 Pro” köməyi ilə edilə bilər. Lakin, şəkildəki filiqranlar bulanıq olub və kameranın dəqiq xarakteristikası görünmür. Şəklin mükəmməl detalları, gurultunu azaltma kimi özəllikləri var və çoxlu işıq aparıb.

Yayılan məlumatlara istinadən, “Honor” 20  6,26 dyümlük, qapaqlı IPS-LCD- displeylə təchiz olunub. Ekranı 2340×1080 pikseldir və piksel sıxlığı 412ppi-dir.

Smartfon şirkətin öz flaqman prosessorunda işləyəcək – HiSilicon Kirin 980, 6 Gb operativ və 128 Gb daxili yaddaşlı. Yəqin ki, digər yaddaş konfiqurasiyaları da olacaq, lakin 6/128 Avropa üçün təsdiqlənib.

Geekbench testinin nəticələri yeni “Kirin” çipsetinin istifadəsinə də işarə edir. Birəsaslı testdə cihaz 3241 bal, çoxəsaslıda isə 9706 bal əldə edib.

Smartfonun daxili barmaq izlərinin skaneri yoxdur, çünki IPS displeylə təchiz olunub. “Honor”-un barmaq izləri skaneri kənarındadır və bu həm də qidalanma düyməsi rolunu oynayır. Biz bunu artıq “Samsung Galaxy S10e”-də görmüşük.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...