“Facebook” kiçik bizneslər üçün vaxta və pula qənaət edən reklam alətini təqdim edib

Date:

Paylaş:

“Facebook” öncə kiçik bizneslər üçün nəzərdə tutulmuş yeni reklam alətini təqdim edib. Yeni alət vaxt və pula qənaət etməyə hesablanıb. Belə ki, reklamverənlər prodakşn, kampaniyanın hazırlanmasına və alıcılar ilə ünsiyyətə vaxt və pul xərcləyirlər. Avtomatlaşdırılmış reklamın yaradılması vacib problemi həll edir.

Məsələn, ciddi marketinq təcrübəsi üçün vasitələrin azlığını. Hər kiçik biznes reklam kampaniyasının hazırlanmamışdan öncə hazırlıq görə bilər, hər bir şirkət reklam kampaniyasının effektiv olmasını istəyir. 
Avtomatlaşdırılmış reklamın yaradılması üzrə xidmət çərçivəsində müştəri bir neçə suala cavab verməlidir – məqsəd, biznesin növü, kommunikasiya kanalı, istehlakçıları maraqları..

Alınmış informasiya əsasında, platforma fərdi marketinq planı təklif edəcək. Bu plan Facebook, Instagram, Messenger və Audience Network üzrə nəzərdə tutulacaq. Reklamverən ən çox 6 -ya qədər avtomatlaşdırılmış reklam variantını hazırlaya bilər. Mətn, fəaliyyətə çağırış və digər elementlər.. Sistem biznes-səhifəni öyrənəcək və ən effektli formatı təqdim edəcək.

Oxşar üsulla platforma auditoriya tənzimləmələri və büdcə təqdim edəcək. Kampaniyanın buraxılmasından sonra, onun gedişi haqqında reklamverənə bildiriş gedəcək.

Görüşlərin təyinatı biznes üçün daha bir pulsuz alətdir. Onun vasitəsilə, müştərilər “Facebook” və “Instagram” da xidmətləri birbaşa olaraq bron edə biləcəklər. Görüş və səfərlər planlaşdırdıqdan sonra, platforma SMS və Messenger vasitəsilə müştərilərə bildirişlər göndərəcək.

Üçüncü yeni alət videoların redaktə olunması ilə keyfiyyətli kontentin hazırlanması xərcləri azaldılacaq. “Ads Manager”də videodan kadr görünəcək, onunla videonun uzunluğunu azaltmaq, şəkil və mətn əlavə etmək mümkün olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...