“Sayğacların pulunu ödə, sənədləri verək” tikinti şirkətlərinin süni qiymət artımı

Date:

Paylaş:

Tikinti şirkətləri sayğaclara görə mənzil sahibindən alınan ödəniş məbləğini qaldırıblar.

Bu ilədək əksər tikinti şirkətləri hər mənzil sahibindən elektrik enerjisi, qaz və su sayğaclarına görə təxminən 700-1000 manat ödəniş alırdılar. Bu ildən ödəniş 1250 manatadək qaldırılıb.  

Vətəndaşlar kommunal xidmətlərin alınmasına görə quraşdırılan sayğacların pulsuz olduğunu bildirsələr də, tikinti şirkətləri “Azərişıq”, “Azəriqaz” və “Azərsu”ya rüşvət verdiklərini iddia edərək müəyyən etdikləri məbləği mənzil sahiblərindən alırlar. Sayğaclarının pulu ödənməyən mənzillərin elektrik enerjisi, qazı və suyu tikinti şirkəti tərəfindən kəsilir. Həmçinin, sayğacların ödənişi etməyən mənzil sahibi sənədləşmə üçün tələb olunan sənədləri tikinti şirkətindən ala bilmir. “Sayğacların pulunu ödə, sənədləri verək” şərti ilə qarşı-qarşıya qalırlar.

Tikinti şirkətlərindən bildirirlər ki, sağaclara görə ödənişi özləri üçün almırlar. İddia olunur ki, bu ödəniş, sayğacların alınmasına və quraşdırılmasına görə “Azərişıq”, “Azəriqaz” və “Azərsu”ya ödənilmiş rüşvətin kompensasiyasıdır. “Sayğac pulu”nun qalxmasına gəldikdə isə, bu, hər üç təşkilatın aldıqları haqları artırmaları ilə bağlıdır.

“Biz də sayğacların əhali üçün ödənişsiz olduğunu bildiririk. Sayğaclar köhnə binalarda və həyət evlərində  əhaliyə ödənişsiz quraşdırılır. Yeni tikilən binalara gəldikdə isə vəziyyət dəyişir. “Azərişıq”, “Azəriqaz” və “Azərsu”da yaxşı bilirlər ki, işıq, qaz və su olmadan tikinti şirkəti mənzilləri sata bilməyəcəkdir. Əgər tikinti şirkəti binada vaxtında işıq, qaz və suyun olunmasını istəyirsə, həmin təşkilatların istədiyi məbləğləri ödəməlidir. Əks halda “anbarda sayğac yoxdur”, “sənədlər düz deyil” kimi müxtəlif bəhanələr  gətirilərək sayğaclar quraşdırılımır. Rüşvət verilməsə texniki şərt də almaq çətindir”,– tikinti şirkətinin əməkdaşı olduğunu bildirən və adını açıqlamayan nümayəndə bildirdi.

Onun sözlərinə görə, “Azərişıq”, “Azəriqaz” və “Azərsu” vəsaiti qeyri-rəsmi alır. Vəsaiti ödəyən tikinti şirkətinin binasında su, qaz və işıq vaxtında təmin olunur. Vətəndaşın özünün sayğacları alması demək olar ki, mümkün deyil. Çünki, sayğaclar vətəndaş mənzilinə köçməmişdən əvvəl tikinti mərhələsində quraşdırılır. Vətəndaş “Asan Kommunal”lara ya sayğacları adına keçirtmək, ya da kart almaq üçün gedir. Bir çox hallarda da sayğaclar öncədən tikinti şirlkətinin təqdimatı ilə vətəndaşların adına rəsmiləşdirilmiş olur. 

Sayğaclar adı ilə vətəndaşlardan əlavə pul yığan tikinti şirkətləri olduğu da bildirilir. Bəzi tikinti şirkətləri sayğaclara görə mənzil sahibindən 2500 manat tələb edirlər.

“Azərişıq”,”Azəriqaz” və “Azərsu”dan dəfələrlə mətbuata bildirilib ki, tikinti şirkətləri sayğaclara görə pulu özləri üçün yığırlar. 

Ölkədə aparılan islahatların bu sahəni də əhatə etməsinə ehtiyac var. Ümid edirik ki, tezliklə yeni binalarda sayxacların pulla satılması təcrübəsinə son qoyulacaqdır.

Bu yaxınlarda Prezident İlham Əliyev “Azəriqaz”a öz iradlarını bildirərək demişdi:

““Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...