“Google” istifadəçilərinə özəl məlumatların avtomatik silinməsi imkanını verib

Date:

Paylaş:

   Google şirkəti istifadəçi məlumatlarının avtomatik şəkildə silinməsini ayarlamağa imkan verəcək yeni funksiyanı təqdim edib. Bu funksiya vasitəsilə təkcə YouTube sorğuları və Google Assistant səsli əmrləri çıxmaq şərti ilə istifadəçi barəsində olan hər bir digər məlumat avtomatik olaraq silinəcək. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Daha əvvəllər istifadəçinin məlumatlarını tam silmək üçün “Location History” və “Web and App Activity” ayarlarına baş çəkmək lazım olurdu.

    İndi isə istifadəçi məlumatlarının silinməsi üçün ayrıca avtomatik funksiya fəaliyyət göstərəcək. Bununla yanaşı istifadəçi onun taymerini 3-18 ay zaman intervallarına da qoya bilər. Yeni funksiyaya baxmayaraq istifadəçi məlumatlarının ənənəvi silinməsi özəlliyi öz yerində qalacaq. Google söz verib ki, yeni funksiyanın aktivləşdirilməsindən sonra itifadəçinin yerləşdiyi yer barəsində məlumatlar, brauzer tarixçəsi və şirkətin öz serverində saxladığı digər istifadəçi aktivlikləri məlumatları istifadəçinin iştirakı olmadan silinəcək.

    Yerdə qalan sadəcə olaraq YouTube tarixçəsi və Google Assistant səsli köməkçisinin səsli əmrləri olacaq. Onları istifadəçi özü silməli olacaq. Buna baxmayaraq xidmət keyfiyyətinin yüksəldilməsi üçün tərtibatçılar yenə də istifadəçilər barəsində bəzi məlumatları özlərində saxlayacaqlar. Avtosilinmə funksiyası yaxın zaman ərzində Android yenilənmələrindən birinə əlavə olunacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...