Hansı komputerlərdə Windows 10 yenilənməsi olmayacaq

Date:

Paylaş:

“Microsoft” şirkəti Windows 10 May 2019 Update əməliyyat sistemi versiyasını dəstəkləyən prosessorların siyahısını yayımlayıb.

Əvvəlki belə hallarla müqayisədə bu dəfə, köhnə Windows 10-u dəstəkləyən prosessorlarla  müqayisədə heç bir dəyişiklik yoxdur.

Windows 10 1903 hal-hazırda Release Preview kanalında test proqramının iştirakçıları üçün keçərlidir. Orada o təxminən hələ bir ay qalacaq. Bu,  ictimaiyyətə təqdim olunmazdan qabaq tapılan bütün səhvləri düzəltməyə vaxt çatdırmaq üçündür.

Dəstəkləyən prosessorlara gəldikdə, Windows 10 October 2018 Update-lə müqayisədə heçnə dəyişməyib.

9-cu nəslə qədər çipləri Intel (Core i3/i5/i7/i9-9xxxK), Intel Xeon E-21xx, Intel Atom (J4xxx/J5xxx и N4xxx/N5xxx), Celeron və Pentium dəstəkləyir. Həmçinin, 7-ci nəslə qədər AMD çiplərini  (A-Series Ax-9xxx və E-Series Ex-9xxx & FX-9xxx); AMD Athlon 2xx, AMD Ryzen 3/5/7 2xxx, AMD Opteron AMD EPYC 7xxx, Snapdragon 850 dəstəkləyir.

Bu siyahıda Qualcomm Snapdragon 8cx prosessoru yoxdur. Ola bilsin o, payızda buraxılacaq Windows 10-un növbəti versiyasının siyahısında olacaq. AMD Ryzen 3000 prosessorlarının olmaması təəccüblüdür.

Lakin nə qədər ki, yaz yenilənməsi rəsmən buraxılmayıb siyahı dəyişə bilər. Xülasə, əgər sizdə Windows 10-un sonuncu versiyasıdırsa yenilənmə ilə bağlı heçbir problem olmamalıdır.

Xatırladaq ki, oktyabrda Windows 10 yenilənməsinin uğursuz buraxılışından sonra, belə ki, istifadəçilərin faylları yoxa çıxırdı, “Microsoft” yenidən “update” buraxdı, amma yenə də onu geri götürdü.



Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...