“Google”-un keçmiş baş direktoru Eric Schmidt “Alphabet” şirkətinə idarəçiliyi tərk edib. Bu barədə şirkətin açıqlamasına istinadən Bloomberg xəbər verib.
Direktorlar şurasını həmçinin, “Google Cloud”-un keçmiş başdirektoru Diane Greene də tərk edəcək. Onların hər ikisi öz postlarında iyunun 19-na kimi qalacaqlar.
2018-ci ilin yanvarında Schmidt “Google”-a məxsus olan “Alphabe”t-in icraçı direktor vəzifəsini tərk edib. Şirkətdən açıqlama verilib ki, o texniki məsləhətçi olacaq. Bloomberg-in açıqlamasına görə, bu içinə görə o, 1 dollar alacaq. Fevralın əvvəllərində korporasiya icraçı direktor yerinə John Hennessy-ni təyin edib.
Schmidt “Alphabet”-də, onun və eyni zamanda “Google”-un yaradıcıları olan Larry Page və Sergey Brin dəvəti ilə 2001-ci ildə işləməyə başlayıb. Əvvəllər o, “Xerox”, “Bell Laboratories”, “Zilog” və “Sun Microsystems” şirkətlərində işləyib.
Diane Greene 2012-ci ildən “Alphabet”-in direktorlar şurasının üzvüdür.