Şirkət 10 min dollara ABŞ və Kanada üzrə səyyah axtarır

Date:

Paylaş:

Amerikanın boya istehsalı ilə məşğul olan şirkəti, ABŞ və Kanada üzrə səyahət edəcək yeni əməkdaş axtarır. Səyyahın əsas vəzifəsi qeyd edilmiş ölkələrdə qeyri-adi rəng çalalarını axtarıb tapmaqdır, bu haqda Lonely Planet xəbər verir.

Müvəffəqiyyətli namizəd, digər şirkətlərə yeni rəng çalalarının yaradılmasında kömək edə biləcək “rəng tədqiqatçısı” kimi çıxış etmək imkanını əldə edəcək. Səyahətin müddəti üç ay – iyun, iyul, avqust – davam edəcək. Şirkət səyyahın uçuş və qalma xərcindən başqa, 10 min dollar ödəyəcək.

Şirkətin vitse-prezidentinin verdiyi məlumata görə, onlar hər namizəddən təklif olunan rəng haqqında kiçik bir hekayə eşitməyi gözləyirlər.

Vakansiya ilə bağlı müraciətlər 15 may tarixinə qədər qəbul olunur.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...