Yaxın gələcəkdə dünyanı tamamilə dəyişəcək texnologiyalar

Date:

Paylaş:

Sürücüsüz avtomobil

Maşına minirik və gedirik. Hələ ki, hər şey əvvəlki kimidir. Fərqli olan tək şey – gələcəyin avtomobili süni intellekt vasitəsilə idarə olunacaq. Onun nə sükanı, nə qaz pedalı, nə də sürücüsü olmayacaq.

Bu, vaxt məsələsidir. Yaxın gələcəkdə avtonom nəqliyyat vasitələri yollarda dominant olacaqlar. Avtomobillər bir-biri ilə məlumat mübadiləsini həyata keçirərək, yol hərəkətini optimallaşdıracaqlar.  

Nəticədə, qəzaların və tıxacların sayı azalacaq, ətraf mühit isə daha az çirklənəcək.

Avtobuslar, tramvaylar və qatarlar da avtonom olacaqlar.

Genomun redaktə edilməsi – insanların optimallaşdırılması

İnsanın xarici görüşünün və intellektinin anadan olmazdan əvvəl müəyyən edilməsi – bizi qorxu hissini keçirməyə məcbur edən ehtimallardan biridir. Lakin, bu gələcək o qədərdə uzaqda deyil.

Gen mühəndisliyi sahəsindəki inkişaf impulsu, CRISPR/Cas9 texnologiyalarının yaradılmasına gətirib çıxaracaq. Bu texnologiya bizə insan genomunu əvvəlcədən müəyyən etməyə kömək edəcəkdir.

İndi genetik materiallarla asanlıqla manipulyasiya edə bilərik – DNT-nin hissələrini silmək və əvəz etmək. Biz genetik qayçıdan istifadə edərək, canlının inkişaf prosesini müdaxilə etmək imkanını əldə etmiş olacağıq.

İnsanın xarici görünüşünü və intellektini adaptasiya etmək imanından əlavə olaraq, qocalma prosesini yavaşıtmaq imkanını əldə edəcəyik.

Əlbəttə ki, insanlar bu texnologiyanın potensialından istifadə edəcəklər və genetik modifikasiyaya uğramış orqanizmlər bizim üçün adi bir şeyə çevriləcək.

Nanotexnologiyalar

Nanotexnologiyalar – dərman preparatlarını insan bədənində lazımi yerə çatdıran və kiçik ölçüyə malik olan molekulyar maşınlardır. Bu, ən geniş yayılmış tərifdir.

1959-ci ildə fizikaçı Richard Feynman, molekul və atomların geniş potensialına həsr edilmiş bir mühazirə demişdir.

90-cı illərdə ekspertlərin əhəmiyyətli hissəsi elə hesab edirdi ki, 21-ci əsrin aparıcı texnologiyası nanotexnologiya olacaqdır. İndiyə kimi nanotexnologiyalar özünü doğrulda bilməmişdir. Buna baxmayaraq, hər gün onlara həsr edilmiş yeni ixtiralar və metodlar ortaya çıxır.

Məsələn, tədqiqatçılar molekullardan mühərrik düzəldərək, bütün məlumatları  DNT üzərində saxlayırlar və ya kiçikölçülü elektron komponentlər və datçiklər yaradırlar.

Bu nanotexnoloji ixtiralar, biotexnologiya, materialşünaslıq, kompüter texnologiyaları və tibb sahələrində müxtəlif üsulla istifadə oluna bilərlər.

Buna görə nanotexnologiya dünyanın gələcəyini hərtərəfli şəkildə müəyyən edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...