Səhiyyə Nazirliyi tender elan edir

Date:

Paylaş:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tender elan edir.

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot-1. Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi işlərinin (tikintinin davamı) satın alınması.

Lot-2. 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin (söküntü işləri) satın alınması.

Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:

-tikinti – quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;

-müəssisənin maddi – texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;

-səhiyyə obyektlərinin təmir – tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövriyyəsi (10,0 milyon manatdan az olmamaq şərtilə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 300 (üç yüz) manat iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.

Rekvizitlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

VÖEN –1400049171

Adı- Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- АZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

H/h- АZ81CRTE00000000000002128201

Fond -7

İqtisadi təsnifat –142340

Xəzinə hesab kitabı – 002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə üyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 18 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmayır.

İştirakçılar aşağıdakı sənədləri zərfdə 7 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətliliyini göstərəcək son 3 ili əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları.

Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır;

– iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

– iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

– tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

– tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender təkliflərinin təqdiminin son tarixi 18 iyun 2019-cu il saat 17.00-dır.

Tenderin açılışı 19 iyun 2019-cu il saat 15.00-da olacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...