“Nubia” şirkəti “Snapdragon 855” prosessoru ilə işləyən və ventilyatorla soyudulan yeni “Red Magic 3” oyun smartfonunu təqdim edib.
Daxilində mərkəzdənqaçma tipli ventilyatorun quraşdırıldığı qurğu dünyada aktiv soyutma sisteminə malik ilk smartfon hesab edilir. Hava smartfonun yan toru vasitəsilə toplanır və korpus arxasında yerləşən dəliklə buraxılır.
Bundan başqa, çəkisi 215 qram təşkil edən “Red Magic 3” sürətli enerjidoldurmaya malik 5 min milliamper/saat tutumlu akkumulyator, 6,65 düym diaqonallı “AMOLED” ekran, 12 giqabayt operativ və 256 giqabayt quraşdırılmış yaddaşla təchiz edilib.
“AnTuTu” saytında smartfon 437 524 bal toplayaraq əvvəlki lider “Xiaomi Mi 9 Explorer Edition” modelini xeyli geridə (372 072 bal) qoyub.
“Nubia Red Magic 3” smartfonunun ən güclü (12 256 giqabayt) versiyasının qiyməti 639,49 dollar təşkil edəcək.