Əsas səhifə Tenderlər Çap işləri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tender elan edir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tender elan edir

189
Paylaş

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu satınalmalar ilə bağlı tender elan edir.

Tender 5 (beş) lot üzrə keçiriləcək.

  • lot 1 – Dəftərxana və təsərrüfat malları

  • lot 2 – Təmir-quraşdırma işləri və ehtiyat hissələri

  • lot 3 – Qeyri – maddi aktivlər

  • lot 4 – ERP sisteminə texniki dəstək

  • lot 5 – Məsrəf malları

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ 1141, Bakışəhəri, B.Vahabzadə küçəsi, 9A (Əlaqələndirici şəxs : ƏKBƏR ƏLİYEV RƏHİM OĞLU , telefon : (+994 55 241 50 71 ) ünvanından ala bilərlər.


İştirak haqqı:

  • lot 1 – 100 AZN

  • lot 2 – 100 AZN

  • lot 3 – 100 AZN

  • lot 4 – 20 AZN

  • lot 5 – 80 AZN


Bank rekvizitləri:

  • Hesab: AZ77CTRE00000000000004138404

  • VÖEN: 1400155071

  • Bank: Dğvlət xəzinədarlıq agentliyi

  • Kodu: 210005

  • M/H: AZ41NABZ01360100000000003944

  • S.W.İ.F.T: CTREAZ24

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);

  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;


Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22.05.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.05.2019 17:00 qədər AZ 1141, Bakışəhəri, B.Vahabzadə küçəsi, 9A ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 03.06.2019 11:00 tarixində AZ 1141, Bakışəhəri, B.Vahabzadə küçəsi, 9A ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.