Cari il Azərbaycan Ukraynadan 300 ton kartof idxal edib

Date:

Paylaş:

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynadan ümumi dəyəri 77 min ABŞ dolları olan 300 ton kartof idxal edib.

Bu, ölkənin kartof ixracının 14,9%-i qədərdir. 

Bununla da Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə olub.

Ümumilikdə, bu ilin ilk rübündə Ukrayna ümumi dəyəri 519 min dollar olan 1,9 min ton kartofun ixracını həyata keçirib. Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Ötən ilin yanvar-mart aylarında Ukrayna ümumi dəyəri 10,3 mln dollar təşkil edən 5,9 min ton kartof ixrac edib.

Bu müddət ərzində Ukraynanın kartof ixrac etdiyi əsas ölkə Moldova olub. Bu ilin ilk 3 ayında bu ölkəyə ümumi dəyəri 434 min dollar olan 1,6 min ton kartof ixrac edilib. Bu da ümumi kartof ixracının 83,7%-nə bərabərdir.

Bu müddət ərzində Gürcüstana ümumi dəyəri 2 min dollar olan 0,07 min ton kartof göndərilib ki, bu da ümumi ixracın 0,4%-nə bərabərdir.

Hesabata əsasən, bu ilin yanvar-mart ayları ərzində isə Ukraynaya ümumi dəyəri 1,7 mln. dollar olan 4,3 min həcmdə kartof idxal edilib. İdxalın böyük hissəsi Hollandiyadan həyata keçirilib. Bu ilin ilk rübündə bu ölkədən ümumi dəyəri 572 min dollar olan 1,4 min ton həcmində kartof idxal edilib ki, bu da ümumi idxalın 32,3%-ni təşkil edib. Sonrakı yerləri Belarus (341 min dollar dəyərində 0,8 min ton), Misir (192 min dollar dəyərində 0,5 min ton həcmində) tutublar. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...