Mitsubishi Pajeronun satışlarını dayandırır

Date:

Paylaş:

Mitsubishi Motors Yaponiyada Pajero ofrouderinin satışlarına son verir. İstehsalçı model ilə vidalaşmaq üçün 700 nüsxədə məhdud saylı tirajla Final Edition seriyasını buraxacaqdır. Pajero Final Edition modelləri zənginləşdirilmiş standart təchizata sahib olacaq və hər bir ofrouderin sahibinə Mitsubishi loqotipi olan Citizen saatı hədiyyə ediləcəkdir.

 

Mitsubishi Pajero Final Edition modelinin təchizatına reylinqlər, elektrik lyuk, dəri ilə üzlənmiş oturacaqlar, klimat-kontrol və işıqlandırılan kandar lövhələri daxildir. Kuzovu dörd rəngə boyamaq olar: mirvari-ağ, gümüşü, qara və ikirəngli (açıq aşağı və tünd yuxarı hissə). 

Vida versiyası 190 at qüvvəsinə malik olan 3,2-litrlik dizel mühərriki və beşpilləli avtomatik qutu ilə təchiz ediləcəkdir. Ötürmə – arxa differensialın qapanması olan tam çəkiş sistemidir. Hər bir ofrouder Final Edition yapışdırmaları və Citizen kolleksiya saatı təchiz ediləcəkdir. Vida seriyasından olan ofrouder 40,5 min dollara satılacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...