Lego görmə məhdudiyyətlilər üçün Brayl şriftlərindən ibarət cədvəl yaradıb

Date:

Paylaş:

Bloklarda alıcıların oxuması və sayması üçün sancaqlar var.

Lego Brayl şriftlərindən ibarət Lego Braille Bricks kolleksiyasını təqdim edəcək. Belə ki, Brayl şriftləri gözdən əlil olan və zəif görən alıcılar üçündür. TechCrunch nəşrinin firkrinə görə, bu yaxşı ideyadır, lakin iş əngəlli, kənarda qalan insanlara çatanda belə ideyanı çox az adam reallaşdırır.

Yeni dəstin detalları adi ikinin dördə ölçüsündə blok şəklindədir, ancaq sancaqları görmə qüsuru olanlar üçün qeydli Brayl əlifbasının hərfləri şəklində hazırlanıb. Bu yolla istifadəçilər  Lego konstuktorunun köməyi ilə oxuya və saya biləcəklər.

Cədvəl, əlifbalı bloklardan, 0-dan 9-a qədər olan rəqəmlərdən və əsas əməli işarələrdən – “+“ və “=” ibarətdir. TechCrunch nəşrinin açıqlamasında deyilib ki, bəzi bloklar danışıq oyunları və riyazi tapşırıqlar üçündür.

Layihəni “Lego Foundation” fondu, özünün də görməsində problem olan motivasiya spikeri Morten Bondenin iştirakı ilə hazırlayıb.

“ Lego Foundation komandası layhənin məsləhətçisi olmam üçün mənə müraciət edəndə mən anladım ki, kömək edə bilərəm. Dünyada, görmə probleminə görəöz gələcəyinə inanmayan çoxlu uşaq var və onlara ümid vermək istəyirəm

       Morten Bonde, Legonun məsləhətçisi.

TechCrunch-ın açıqlamasında deyilir ki, brend hələ ki, danimarka, norveç, ingilis və portuqal dillərində cədvəli test edib, alman, ispan, fransız dillərində isə 2019-cu ilin sonunda bir dəst buracağına söz verib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...