Tesla şirkətinin taksi servisi və yeni avtopilot sistemi təqdim edilib

Date:

Paylaş:

 22 aprel tarixində Tesla şirkətinin Palo-Alto şəhərindəki baş ofisində “Tesla Autonomy Investor Day” adlı tədbir keçirilib. Həmin tədbirdə olan vacib məqamları sizlərə çatdırırıq:

    Robotaxi:

    Bu, taksi şəklində fəaliyyət göstərəcək avtopilot sistemli elektromobillər şəbəkəsidir. Artıq 2020-ci ildə bütün Tesla elektromobil modelləri bu şəbəkəyə qoşulmağa imkan verəcək xüsusi proqram təminatı yenilənməsi əldə edəcəklər. Tesla elektromobillərinin sahibləri xüsusi mobil tətbiq vasitəsilə öz elektromobillərini sözügedən Robotaxi servisinə əlavə edə biləcəklər və bu üsulla onlar gəlir əldə edəcəklər. İstənilən şəxs Uber-də olduğu kimi müəyyən məntəqəyə çatmaq üçün Tesla elektromobilini sifariş edə biləcək. Elon Musk-ın hesablamalarına əsasən gələn ilin sonuna kimi Robotaxi servisində 1 milyondan çox avtomobil olacaq.

    Musk onu da qeyd edib ki, istehlakçılar Tesla elektromobillərindən başqa avtomobil almaq istəyən zaman ciddi şəkildə düşünməlidirlər. Belə ki, bugünki gündə Tesla şirkəti tamamilə avtonom şəkildə çalışacaq nəqliyyat vasitəsini təklif edəcək yeganə şirkətdir. “Maliyyə nöqteyi nəzərdən Tesla-dan başqa hansısa avtomobili almaq dəlicəsinə bir hərəkətdir. Robotaxi şəklində fəaliyyət göstərəcək Model 3 elektromobili sizə il ərzində 30.000$ gəlir gətirə bilər”. Avtonom idarəetmə sisteminə sahib tamamilə elektrikləşdirilmiş nəqliyyat növlərini özündə birləşdirən virtul taksi parkı. Həqiqətən də çox iddialı səslənir.

    Sükansız və pedalsız avtomobil:

    Musk onu da bildirib ki, növbəti 2 il ərzində şirkət sükansız elektromobil modelini istehsal edəcək. “Düşünürəm ki, elə bir dönüş nöqtəsi olacaq ki, insanlar sükanlı və ya avtonom sürmə tərzi arasında seçim etməli olacaqlar. Qanunvericilik sükandan tamamilə imtinaya icazə verəndən sonra biz sadəcə olaraq elektromobillərdə həmin sükanları aradan qaldıracağıq. Bunun baş vermə mümkünlüyü 100%-dir. İstehlakçılar bunu istəyəcəklər” – deyə Musk bildirib.

    Full Self-Driving computer:

    Bu, tamamilə avtonom idarəetmə kompüteridir. Tesla şirkəti öz avtopilot sistemi üçün olan kompüterinin bütün özəllikləri barəsində məlumat verib. Musk-ın sözlərinə əsasən bu, bugünki gündə dünyanın ən yaxşı çipidir. Onun sözlərinə əsasən dünyada elə bir çip yoxdur ki, xüsusi olaraq neyron şəbəkəsi üçün hazırlansın. Buna görə də onlar bu cür çipi yaratmaq və ona xüsusi proqram təminatını yazmaq qərarını veriblər.

    Məlumata əsasən yeni çip Nvidia cihazları əsasında yaradılmış avtopilot sistemlərindən 21 dəfə daha yaxşı çalışır. Tesla şirkətinin avtopilot sisteminin təchizat şöbəsinin rəhbəri Pete Bannon bildirib ki, o indiyənə kimi yaxşılaşdırma qiymətləndiricisinin 3-ü keçdiyi heç bir çip üzərində çalışmayıb. Onu da qeyd etmək lazımdır ki, Pete Bannon daha öncə Apple şirkətinin çipləri üzərində çalışıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...