Şkaflar özləri geyimləri bükürlər.
Robotlar hazırlayan yapon şirkəti “Seven Dreamers” bankrot olması ilə bağlı açıqlama verib. Bu barədə layihənin saytında deyilir. Xəbəri Bloomberg-in jurnalisti Gearoid Reidy görüb.
“Seven Dreamers” məhsullarından ən məşhuru “Laundroid” şkaf-robotlarıdır.
Aİ texnologiyasının, kameranın, Wi-Fi və robotlaşmış əllərin köməyilə şkaf geyim əşyalarını təhlil etməli, onları qatlamalı, həmçinin, tiplərinə və ya ailə üzvlərindən kimə məxsus olmasına görə yerbəyer etməlidir.
The Verge-nin yazdığına görə, “Laundroid” bazara 16 min dollarlıq qiymətlə çıxmalı idi, lakin 2018-ci ildə şirkət şkaf-robotun dəyərini kütləvi istehsal üçün 2 min dollara düşürməyə ümid edib.
Elə həmin ildə nəşrin jurnalisti Laundroid-i CES 2018 sərgisində sınaqdan keçirib: lakin robot onun köynəyini əzib və 15 dəqiqəyə kimi verməyib. Məlum olub ki, səbəb onun qara rəngli olması olub, belə ki şkaf yalnız açıq rəngli geyimləri tanıyır. CES 2019-a Seven Dreamers gəlməyib.
Araşdırmaçı Teikoku Databank-ın məlumatlarına görə, “Seven Dreamers” 200 kreditora20 milyon dollara yaxın borcu olub.Techcrunch isə məbləğin 22 milyon dollar olduğunu yazıb.
Geyimlərin qatlanması üçün robot təchizatı ilə “FoldiMate” şirkəti də məşğul olur. CES 2018-də təchizatçılar 980 dollara roboşkafın prototipini nümayiş etdiriblər. Şirkət cihazı 2019-cu ilin sonları istifadəyə verməyi planlaşdırır.