İqtisadiyyat Unierstetində startup günləri keçiriləcək

Date:

Paylaş:

UNEC-də növbəti dəfə startap günləri təşkil ediləcək.

Universitetdən verilən məlumata görə, 3-4 may tarixlərində keçiriləcək startap günlərinin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap günlərində tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də keçiriləcək. Eyni zamanda yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin bu sahəyə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq. Startup günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda həmin layihələrin təqdimatları və müsabiqəsi təşkil olunacaq. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap günləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Qərbi Kaspi Universitetinin və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə keçirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...