Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor-un Almaniyada olan şöbəsi öz Twitterhesabında itmiş yeni smartfon prototipinin geri qaytarılması xahişi ilə bağlı tweet paylaşıb. Bu barədə Gagadgetsaytı xəbər verib. Belə ki, şirkətin marketinq şöbəsinin əməkdaşı Moritz Scheidl Düsseldorfda yerləşən ailəsinin yanına yollanmış və həmin səyahət zamanı onun çantasında xüsusi boz keysdə olan yeni smartfon modelinin prototipi var olub.
Evdə olan zaman isə o aşkar edib ki, həmin prototip çantadan yoxa çıxıb. Yeni smartfon prototipinin itdiyi və ya oğurlandığı barəsində bir məlumat yoxdur. Lakin buna baxmayaraq şirkət onu tapıb geri qaytaracaq şəxsə 5000 avro dəyərində pul mükafatı verməyi söz verib. Çox güman ki, söhbət, Honor 20 və ya Honor 20 Proflaqman smartfon modellərindən birindən gedir. Sözügedən smartfonlar 21 may tarixində Londonda təqdim olunacaqlar.