“Google Play”də 20 milyon dəfədən çox yüklənilmiş 40 reklam tətbiqi aşkar edilib

Date:

Paylaş:

“Avast” antivirus proqram təminatı istehsalçısının məlumatına görə, “Google Play” internet mağazasında istifadəçilər tərəfindən 20 milyon dəfədən çox yüklənilmiş təxminən 40 reklam tətbiqi aşkar edilib.

 “Avast” şirkəti tərəfindən “TsSdk” adlandırılmış və “Android: Agent-SEB [PUP]” qrupuna aid edilmiş bu proqramlar reklamı daima tam ekranlı formatda göstərir, bəzi hallarda isə istifadəçilərdən əlavə mobil proqramlar quraşdırmağı tələb edir.

Ekspertlərin sözlərinə görə, reklam proqramları bir-biri ilə əməliyyat sisteminin daha yeni versiyalarında mövcud olan fon prosesləri məhdudiyyətini keçən “Android”in kənar kitabxanalarının köməyi ilə bağlıdır. “Google Play”də məhdudiyyətlərin keçilməsi metodu qadağan edilməyib, hərçənd o, qurğuların işləmə sürətinin zəifləməsinə və akkumulyator batareyasının şarjının tez bitməsinə səbəb olur.

“Google” şirkəti hələ ki bu məlumata reaksiya verməyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...