“Xiaomi” dörd yeni “Mi TV” televizor modeli təqdim edib

Date:

Paylaş:

“Xiaomi” şirkəti 32, 43, 55 və 65 düym diaqonallı dörd yeni “Mi TV” televizor modeli təqdim edib.

Məlumata görə, modellər minimal dizayn, nazik çərçivəli ekran, eləcə də “Bluetooth” və səsli idarəetməni dəstəkləyən pultla təchiz edilib. Həmçinin televizorlar dördnüvəli x64 arxitekturalı prosessor, “Dolby Audio DTS HD” funksiyaları və üç yaddaş modifikasiyası (1/4, 1/8 və 2/8 giqabayt) ilə təmin olunub.

32 düym diaqonallı model HD təsvir ölçüsünə malikdir, 43 düymlü modifikasiya isə Full HD paneli ilə seçilir. Bundan başqa, 55 və 65 düym ekranlı televizorlar 4K formatını və ikidiapazonlu “Wi-Fi” (2,4 və 5 QHS) şəbəkəsini dəstəkləyir. Qurğular “Android TV” platformasına əsaslanan “PatchWall” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Çində televizorların qiyməti ekran ölçüsündən asılı olaraq 164, 298, 447 və 569 dollar təşkil edəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...