Google və Facebook istifadəçilərin zərərli vərdişləri haqqında məlumatları əldə edirlər

Date:

Paylaş:

JAMA Network Open jurnalının tədqiqatı onu göstərib ki, depressiya və digər zərərli vərdişlər ilə mübarizə üçün nəzərdə tutulmuş tətbiqlər istifadəçilərin konfidensial məlumatlarını kənar şirkətlərə ötürürlər. Bu barədə Gagadget saytı xəbər verib. Məlum olub ki, siqaret çəkmək və depressiya ilə mübarizə üçün nəzərdə tutulmuş 36 pulsuz tətbiqdən 33-ü istifadəçilərin konfidensial məlumatlarını Facebook və Google şirkətlərinə ötürürlər.

    36 tətbiqdən 29-u bu məlumatları reklam, marketinq və ya analitika məqsədi ilə ötürüb. İstifadəçilər bu cür tətbiqlərdə özlərinin psixi sağlamlıqları və ya narkotik vasitələr ilə problemlərini qeyd edə bilərlər. Bundan əlavə olaraq şirkətlər müxtəlif zərərli vərdişlərdən qurtulmaq istəyən istifadəçilərin adlarını da əldə ediblər. Bu bir daha onu sübut edir ki, insan öz səhhəti ilə bağlı özəl məlumatı müxtəlif tətbiqlərə deyil, yalnız professional həkimə həvalə etməlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...